Türkiyə Suriya ilə sərhəddəki buraxılış məntəqəsini yenidən açıb

Türkiyə Suriya ilə sərhəddəki buraxılış məntəqəsini yenidən açıb
13:23 19 Oktyabr 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ Türkiyə Suriya ilə sərhəddəki buraxılış məntəqəsini yenidən açıb.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyənin Hatay əyalətinin Reyhanlı rayonundakı Cilvəgözü sərhəd buraxılış məntəqəsindən gediş-gəliş oktyabrın 19-da bərpa olunub. 
Məlumata görə, keçid məntəqəsində yük daşıyan maşınların uzun növbəsi yaranıb.
Qeyd edək ki, bu sərhəd buraxılış məntəqəsi bu ilin avqustun 3-dən bağlanmışdı.



Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-suriya-ile-serheddeki-buraxilis-menteqesini-yeniden-acib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR