XİN: BMT-nin qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı

XİN: BMT-nin qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı
18:12 19 Oktyabr 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı.

Milli.Az bildirir ki, bunu Trend-ə  açıqlamasında Ermənistan xarici işlər naziri E.Nalbədyanın 4-cü Avropa erməniləri konfransında səsləndirdiyi fikirləri ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

"Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Həmçinin, qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub.

Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyatı təkrarlamaması və heç olmasa peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı.

Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını və həmçinin, diaspora ermənilərini çaşqın vəziyyətə salır".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/591906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR