Əbülfəs Qarayev: "Azərbaycana gələn turistlərin sayında 21% artım qeyd alınıb"

Əbülfəs Qarayev: "Azərbaycana gələn turistlərin sayında 21% artım qeyd alınıb"
19:27 19 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 19 oktyabr. REPORT.AZ/ "Azərbaycana gələn turistlərin sayında 21% artım qeyd alınıb. Sözsüz ki, turizmin inkişafı müasir nəqliyyat vasitələri olmadan mümkün deyil".
“Report” xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycana avtobus və avtomobillə gələnlərin sayı çoxalıb: “Bundan başqa, yaxın vaxtlarda istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun turizm məqsədilə istifadəsi gündəlikdədir. Turizmin inkişafının birbaşa olaraq hava nəqliyyatı ilə bağlı olduğunu etiraf etməliyik. Hava nəqliyyatı isə son vaxtlar nəinki paytaxtda, eyni zamanda digər şəhərlərdə inkişaf edir”.
Nazir ölkə mədəniyyətinin tanıdılması istiqamətində də öz tövsiyələrini də verib: “Azərbaycan Hava Yolları” QSC (”AZAL”) təyyarələrdə sərnişinlərə müxtəlif nəşrlər təqdim edir. Mən hətta kiçik nəşrlərdə Azərbaycan şairlərinin şeirlərini, nağıllarımızı, uşaqlar üçün kitabların qoyulmasının tərəfdaryam. Səfərə gələn insanlar Azərbaycana haqqında nəinki televiziya, nəşrlər vasitəsi ilə də məlumat almalıdırlar.
Bu, mədəniyyətə yeni baxış ola bilər. Mədəniyyət Azərbaycanın aynası olaraq hər bir aviasiya şirkətinin sütunlarından biri olmalıdır. Biz əgər onu düzgün istifadə etmiriksə, məqsədimizə nail ola bilmərik. Azərbaycana gələnlər təkcə yemək, biznes, pul xərcləmək üçün gəlmirlər. Onlar ilk növbədə gəlirlər ki, Azərbaycanın mədəniyyəti, həyat tərzi, təfəkkürü ilə tanış olsunlar. Ona görə də hesab edirəm ki, turizm şirkətləri Azərbaycanın zəngin mədəniyyətinin təbliğini əsas götürməlidirlər”. 

Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/ebulfes-qarayev-azerbaycana-gelen-turistlerin-sayinda-21-artim-qeyd-alinib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR