Sabahdan Azərbaycan ərazisində yağıntılar kəsiləcək

13:02 9 Yanvar 2015
110 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 12:51 ]

Bəzi yerlərdə havanın temperaturu -28 dərəcəyə düşəcək

Bakı. Fərid Mirzəyev - APA. Yanvarın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, güclü cənub-qərb küləyi arabir güclənəcək.

 

Temperatur gecə 1-4 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə dumanlı olacağı gözlənilsə də, lakin Lənkəran-Astara zonasında arabir yağıntılı olacağı ehtimalı var.

 

Bölgələrdə də güclü cənub-qərb küləyinin əsasən dağlıq ərazilərdə arabir güclənəcəyi gözlənilir. Aran rayonlarında havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 23-28 dərəcə şaxta, gündüz isə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR