Putin: “Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır”

Putin: “Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır”
23:33 19 Oktyabr 2017
45 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Ukrayna ilə konstruktiv dialoqu bərpa etməyə hazırdır, Rusiya üçün sərhədində heç bir münaqişə gərək deyil.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.

“Gəlin konstruktiv, məzmunlu, diplomatlar demişkən, substantiv dialoqa qayıdaq. Biz hazırıq, bunu böyük məmnuniyyətlə edəcəyik, bu nə qədər tez baş versə, o qədər yaxşıdır”, - deyə Putin qeyd edib.

“Rusiya Ukraynanın simasında dost dövlət görmək istəyir”, - deyə Rusiya prezidenti əlavə edib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217643.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR