DYP-dən açıqlama

Bakıda üzərində Ermənistan bayrağı olan avtomobillə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi açıqlama verib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Metbuat.az- açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır:

“Bu, Kolumbiyanın bayrağıdır. Tərsinə çevində isə Ermənitsan bayrağı olur. Məlumat aidiyyatı orqanlara ötürülüb. O, adi bir nişandır. Onun Ermənistana aidiyyəti yoxdur. Həmin şəxs avtomobili avtosalondan alıb, xaricdə yaşayır, Bakıya dünən gəlib. İşarənin üzərində üç təbii rəng var, o da Kolumbiyanın bayrağına aid olan bir rəngdir ”.

Metbuat.az saytı olaraq, Kolumbiya və Ermənistan bayraqlarını müqayisə edərkən, Kolumbiya bayrağındakı ilk rəngin açıq sarı olduğunu, Ermənistan bayrağındakı sonuncu rəngin isə narıncıya oxşarlığını görürük. Şəkillərə diqqətlə baxsanız, bunun Kolumbiya bayrağı yox, Ermənistan Bayrağı olduğu aydın olur.

Kolumbiya Bayrağı

Ermənistan Bayrağı



Bu da maşındakı işarə





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR