Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir

Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilər keçirilir
08:28 21 Oktyabr 2017
24 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda səhər saat 8-dən etibarən yerli idarəetmə orqanlarına seçkilərlə bağlı 3 644 seçki məntəqəsində səsvermə başlayıb.

Publika.az xəbər verir ki, seçkilərdə 22 siyasi partiya, 5 seçki bloku və bir təşəbbüs qrupu, dairə seçki komissiyaları üzrə isə 200 təşəbbüs qrupu iştirak edir.

Gürcüstan seçiciləri 64 bələdiyyəyə (sakrebulo) 2058 üzv və 64 icra başçısı seçəcəklər. Rayon icra başçıları vəzifəsinə 369 namizəd, Tbilisi meri vəzifəsinə isə 13 namizəd mübarizə aparır.

Seçkiləri 54 389 seçki subyektlərinin nümayəndələri, 20 641 yerli və 581 beynəlxalq müşahidəçi izləyir. Azərbaycan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti də seçki prosesini müşahidə edir.

Seçki prosesini 4 mindən çox jurnalist işıqlandırır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/217811.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR