Ronaldu 300 nəfərin müalicə xərcini ödədi - FOTO

Ronaldu 300 nəfərin müalicə xərcini ödədi - FOTO
21:05 21 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Portuqaliya millisinin və İspaniyanın "Real Madrid" komandasının hücumçusu Kriştianu Ronaldo xeyirxah addımı ilə pərəstişkarlarını növbəti dəfə sevindirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, xeyirxahlığı və yardımsevərliyi ilə tanınan ulduz futbolçunun ölkəsində baş vermiş yanğın nəticəsində xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub. K.Ronaldonun bacısı Katya Aveyru "Facebook" səhifəsində bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR