Kaladze Tbilisi meri olmağa çox yaxındır

Kaladze Tbilisi meri olmağa çox yaxındır
21:19 21 Oktyabr 2017
43 Digər
Ölkə mətbuatı
A- A+

“Exit-poll”un nəticələrinə əsasən, Gürcüstanda keçirilmiş yerli idarəetmə orqanlarına seçkilərdə Tbilisi meri vəzifəsinə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze 54 faiz səs toplayıb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, “exit poll” Edison Research təşkilatı tərəfindən həyata keçirilib.

 

Nəticələrə əsasən, Gürcüstan paytaxtının mer vəzifəsinə müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Zaal Udumaşvili 15 faiz, müstəqil namizəd Aleko Elisaşvili 14 faiz, müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Elene Xoştariya isə 7 faiz səs əldə edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR