Sabirabadda “Kamaz” aşıb, sürücü xəsarət alıb

Sabirabadda “Kamaz” aşıb, sürücü xəsarət alıb
09:12 22 Oktyabr 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad. 22 oktyabr. REPORT.AZ/ Sabirabadda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.
Hacıqabul sakini, 30 yaşlı Pərviz Hidayət oğlu Talıbov idarə etdiyi “Kamaz” markalı yük maşını ilə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sabirabadda-kamaz-asib-surucu-xesaret-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR