Bakı sakinləri qısa ətəkliləri sevmir - SORĞU

Bakı sakinləri qısa ətəkliləri sevmir - SORĞU
18:22 22 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

"ACT Azərbaycan" paytaxt sakinlərinin qısa ətək geyinən xanımlara münasibətini öyrənməyə çalışıb

Milli.Az xəbər verir ki, keçirilən sorğu nəticəsində məlum olub ki, Bakı sakinlərinin xanımların qarderobunun cəsarət rəmzi sayılan mini ətəklərə qarşı fikirləri müxtəlifdir.

Rəyi soruşulmuş respondentlərin, demək olar ki, yarıdan çoxu (54 %) qısa ətəklilərə qarşı mənfi fikirdədir. Mini ətəkləri sevməyənlərin böyük əksəriyyətini kişilər təşkil edir (60 %). 34 % ətəklə bağlı məsələlərə neytral yanaşdığını bildirib. Ən aşağı göstərici qısa ətəkli xanımlara müsbət baxanlardadır. Onlar sorğuda cəmi 12 % təşkil ediblər və müsbət rəylər, əsasən, elə xanımların özlərindən gəlib (14 %).

Maraqlı məqam isə mini ətələrə olan münasibətin yaş qrupları arasında fərqlənməsindədir. Belə ki, cəsarətli geyimi geyinənləri sevməyənlər əsasən 55-64 yaş aralığında olan respondentlərdir (68 %). Gənc nəsil (18-24 yaş aralığı) xanımların "cəsarət"inə neytral yanaşır (46 %). Sorğunun ən diqqətçəkən məqamı isə ahıl nəsillə bağlıdır. Belə ki, rəyi öyrənilmiş ahılların (65 və daha yuxarı yaş qrupu) 18%-i mini ətək geyinənləri bəyəndiklərini bildiriblər.

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/592709.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR