Türkiyədə PKK-çılarla atışma - 1 əsgər şəhid oldu

Türkiyədə PKK-çılarla atışma - 1 əsgər şəhid oldu
20:09 22 Oktyabr 2017
47 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Van vilayətində PKK terrorçuları ilə atışmada bir əsgər şəhid olub, ikisi yaralanıb.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, atışmada 3 terrorçunun öldürüldüyü bildirilir.

 

İnsident bu gün Van vilayətinin Başqala rayonunda qeydə alınıb. Yaralanan əsgərlərin həyatına təhlükə olmadığı bildirilir.

 

Bölgədə antiterror əməliyyatı davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR