Görüşdə Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Özbəkistan dəmir yol idarələrinin rəhbər şəxsləri, həmçinin Şuranın Gürcüstan, Latviya, Litva, Estoniya və Finlandiyadan olan nümayəndələri iştirak ediblər.
Məlumata görə, bu ilin 9 ayında dəmir yolu ilə daşınan yüklərin həcmi 1 484,5 mln. ton olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 41,7 mln. ton yaxud 2,9% çoxdur.