Yaşlı kişi "Facebook"-da canlı yayımda intihar edib.
Metbuat.az xəbər verir ki, Türkiyənin Kayseri şəhərində yaşayan və razılığı olmadan qızının evliliyinə icazə verildiyini irəli sürən 54 yaşındakı Ayxan Uzun özünü öldürüb. O, tapanca ilə başına atəş açıb.
Ayxan Uzun “Facebook”dacanlı yayımda bütün yaxınlarına etiraz edib. Qızını icazəsi olmadan evləndirmən qohumlarına narazılığını bildirən Ayxan Uzun, “Allaha əmanət olun, mən gedirəm, özünüzə yaxşı baxın” deyib.
Hadisədən sonra evə gələn qohumları Ayxan Uzunun cəsədi ilə qarşılaşıb.
Aysel Yaqubqızı / Metbuat.az