Neymar: "Hakim mənə qırmızı vərəqə göstərmək istəyirdi və bunu da etdi"

Neymar: "Hakim mənə qırmızı vərəqə göstərmək istəyirdi və bunu da etdi"
13:27 23 Oktyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin hücumçusu Neymar Fransa Liqasının 10-cu turunda "Marsel"ə qarşı səfər oyununda qırmızı vərəqə alaraq meydandan qovulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 85 və 87-ci dəqiqələrdə 2 sarı vərəqə alan "sambaçı" bunu ədalətsiz hesab edib.

"Cəza həddindən artıq sərt və ədalətsiz idi. Oyun ərzində mənə qarşı kobudluq edirdilər. Bədənimdə xəsarət izləri qalır. Arxadan ayağıma zərbə vurulması məni özümdən çıxardı. Hakim mənə qırmızı vərəqə göstərmək istəyirdi və bunu da etdi", - Neymar deyib.

Qeyd edək ki, 74-cü dəqiqədə künc zərbəsini yerinə yetirməyə çalışan futbolçu yerli azarkeşlərin təzyiqinə məruz qalmışdı. Yalnız stadion əməkdaşlarının müdaxiləsindən sonra braziliyalı ulduz topu künc nöqtədən oyuna daxil etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR