Azərbaycan yığmasına Barselonadan iki futbolçu çağırıldı

Azərbaycan yığmasına Barselonadan iki futbolçu çağırıldı
15:05 23 Oktyabr 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız oktyabrın 24-dən 27-dək hazırlıq keçəcək. 

Millimizin toplanışı Bakıda gerçəkləşəcək. Hazırlıq prosesinə 24 oyunçu çağırılıb. Onlardan dördü ölkə xaricində çıxış edir. İki oyunçu İspaniyanın Barselona şəhərinin fərqli klublarında, ikisi isə İsveç komandalarının üzvüdü.

Toplanışda Cavid Qurbanov, Gülağa Əsədov (hər ikisi "Neftçi"), Cəlal Hüseynov, Mirzəbəy Şahbazov, Vüsal Əliyev  (hamısı "Zirə"), Rəşad Həsənov, Əli Tağıyev (hər ikisi "İnter"), Fərrux Fərzəliyev, Rəhim Cəfərli, Elvin Abdullayev, Bəhruz Tanrıverdiyev (hamısı "Vətən"), Alı Alı ("Sumqayıt"), Kənan Kərimov ("Turan-Tovuz"), Mirismayıl Rəhimov ("Qarabağ"), Ülvü Mədətov, Vüsal Mirzəzadə, Rauf Rüstəmli, Taleh Qarayev, Kamal Kazımov, Mehrac Baxşəliyev (hamısı "Qəbələ"), Pənah Rüstəmzadə ("Berqsyo", İsveç), Ayxan Cabbarov ("Savedalens", İsveç), Vüsal Qəmbərov ("Texnofutbol", Barselona, İspaniya), Eldar Tağızadə ("Neurofutbol", Barselona, İspaniya) iştirak edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/592933.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR