Monqolustanın mərkəzində Xanqay dağlarında qar uçqunu nəticəsində azı 10 alpinist həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha 7 nəfərin itkin düşdüyü bildirilir.

Hazırda bölgədə axtarışlar aparılır.

Məlumata gröə, axtarış-xilasetmə işlərinə 100 xilasedici, iki helikopter və digər texnika cəlb edilib.

Milli.Az