İstanbul derbisində FETÖ şüarı? - Baş nazir işə qarışdı - FOTO

İstanbul derbisində FETÖ şüarı? - Baş nazir işə qarışdı - FOTO
20:23 23 Oktyabr 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə superliqasının 9-cu turunda keçirilən “Qalatasaray" - "Fənərbaxça" oyununda "sarı-qırmızılılar"ın tərəfdarlarının stadionda nümayiş etdirdikləri xareoqrafiya ölkədə böyük səs-küyə səbəb olub.

Publika.az xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım olayın araşdırılması ilə bağlı göstəriş verib.

İddialara görə, stadionda "Ultraslan" tərəfindən açılan xareoqrafiya siyasi məqsəd daşıyır və FETÖ ilə bağlıdır.

Xareoqrafiyada əks olunan 'Rocky' filminin eyniadlı qəhrəmanının (aktyor Sylvester Stallone) heykəli Pensilvaniyadadır və orada "siz diz çökdüyünüz üçün, onlar böyük görünür. "Ayağa qalx" şüarı xalqa müraciətdir.

Bununla bağlı Türkiyə Baş Prokurorluğu tərəfindən araşdırma başlayıb.

“Qalatasaray”klubunun rəsmi saytında bu məsələ ilə bağlı açıqlama verilib.

Açıqlama da qeyd edilib ki, ötən il Bursada yerli komanda ilə qarşılaşmalarında məhz bu plakat açılıb və buna cavab olaraq hazırlanan plakatdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/218079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR