Ən məşhur fotoqraf təcavüzdə suçlanır - şok qalmaqal - FOTO

Ən məşhur fotoqraf təcavüzdə suçlanır -  şok qalmaqal - FOTO
11:05 24 Oktyabr 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur fəşn fotoqrafı, 52 yaşlı amerikalı Terri Riçardson təcavüzdə suçlanır.

Milli.Az Fashion-a istinadən bildirir ki, bu səbəbdən bir sıra nüfuzlu moda jurnalları, o cümlədən Vogue, GQ və Vanity Fair fotoqrafla əməkdaşlığı dayandırıblar.

T.Riçardsonun təcavüzə meylli insan olması barədə iddialar bu barədə məktub "Conde Nast International" model agentliyinin valideyn qrupunun üzvləri arasında paylaşılandan sonra gündəmə gəlib.

Nyu-Yorkda yaşayan fotoqrafın fotosessiyalar zamanı modellərə təcavüz etməsi, sataşması və ya təcavüzə cəhdləri ilə bağlı iddialar indiyədək də səslənirdi. Lakin o, həmin iddiaları qətiyyətlə rədd edirdi.

T.Riçardson populyar amerikalı müğənni Mayli Sayrusun "Wrecking Ball" mahnısının videoklipinin müəlliflərindən biridir. Klipdə çılpaq çəkilən M.Sayrus sonradan həmin səhnələrə görə utandığını demişdi.

"Conde Nast"ın vitse-prezidenti Ceyms Vulhaus bəyan edib ki, şirkət bundan sonra Terri Riçardsonla əməkdaşlıq etmək niyyətində deyil.

T.Riçardsonun studiyasında sessiyalar çəkdirənlər arasında Beyonse, Ledi Qaqa və digər müğənnilər də olub. O, Marc Jacobs, Aldo, Tom Ford, Yves Sait Laurent və digər brendlərlə daimi əməkdaşlıq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/593127.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR