Mingəçevir şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, 58 yaşlı Rahilə Cəbrayılova Bakıda hamamda dəm qazından boğulub.

Məlumata görə, qadın paytaxtın "20 Yanvar" küçəsində kirayədə yaşayan qızının ad gününə gedibmiş, hamamda kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qızının ad gününə gedən ana dəm qazından boğularaq öldü - VİDEO - FOTOQızının ad gününə gedən ana dəm qazından boğularaq öldü