Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələri qanunu dəyişdirilir

Dövlət müşaviri və PA rəhbərinin müavini vəzifələri qanunu dəyişdirilir
13:39 24 Oktyabr 2017
35 Digər
Ölkə mətbuatı
A- A+

 

Dövlət müşaviri və Prezident Administrasiyası (PA) rəhbərinin müavini vəzifələrinin inzibati vəzifələrin ali və birinci təsnifatı sırasından çıxarılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilir.

 

APA-nın məlumatına görə, bununla bağlı “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik təklif olunur.

 

Layihəyə əsasən, dövlət müşaviri vəzifəsi inzibati vəzifələrin ali təsnifatı sırasından, PA rəhbərinin müavini vəzifəsi isə birinci təsnifat sırasından çıxarılır.

 

Qeyd edək ki, Dövlət müşavirliyi institutu və PA rəhbərinin müavini vəzifələri bir müddət əvvəl ləğv olunub. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/286396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR