Angela Merkel Nazirlər Kabineti formalaşdırılana qədər kansler vəzifəsini icra edəcək

Angela Merkel Nazirlər Kabineti formalaşdırılana qədər kansler vəzifəsini icra edəcək
15:27 24 Oktyabr 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 oktyabr. REPORT.AZ/ Almaniya prezidenti Frank-Valter Ştaynmayer kansler Angela Merkeldən yeni Nazirlər Kabineti formalaşana qədər hökumət başçısı vəzifəsini yerinə yetirməyə davam etməyi rəsmi şəkildə xahiş edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu gün Berlində Bundestaqın yeni çağırışının ilk iclası keçiriləcək və parlamentin yeni tərkibi formalaşdıqdan sonra hökumətin və kanslerin səlahiyyət müddəti başa çatacaq.
Almaniya konstitusiyasına görə, kanslerin səlahiyyət müddəti başa çatdıqdan sonra prezidentin tələbi olacağı təqdirdə, o, xələfi təyin olunana qədər vəzifələrini icra etməyə borcludur.
Qeyd edək ki, sentybarın 24-də Almaniyada keçirilmiş seçkilərdə Angela Merkelin başçılıq etdityi Xristian Demokratik Birliyi (XDB) Bundestaqın 19-cu çağırışında daha çox yerə (26,8%) sahib olub: 709 yerdən 200-nə XDB partiyasının nümayəndələri seçilib. Sosial Demokrat Partiyası (SDP) 20,5% səslə (153 yer) parlamentdə ikinci say çoxluğu əldə etmiş fraksiya olub. "Almaniya üçün alternativ" partiyası (12,6% səs, 94 yer) ilk üçlüyü qapayır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/angela-merkel-nazirler-kabineti-formalasdirilana-qeder-kansler-vezifesini-icra-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR