"Yuventus"un qapıçısı Canluici buffon hazırda İtaliya millisinin qarşısında duran əsas vəzifənin dünya çempionatına vəsiqə qazanmaq olduğunu bildirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, ölkənin futbol ənənələri naminə bunu etməli olduqlarını qeyd edib. "Scuadra Azzurra" mundiala bilet sifariş etmək üçün pley-off oyunlarında İsveçi mübarizədən kənarlaşdırmalıdır.
"Şübhəsiz, dünya çempionatı əsas hədəfimizdir. Bu, mənim və bütün İtaliya futbolunun qarşısında duran mühüm vəzifədir. Tarix və ənənələrimiz uğrunda mübarizə aparmaq üçün mütləq mundiala vəsiqə qazanmalıyıq. İsveç çətin rəqibdir. Onlar heç kimə asan yem deyil. Qalib gəlmək üçün meydanda var gücünü ortaya qoymalısan. Pis formada olsaq, asanlıqla uduza bilərik. Rəqibə hörmətlə yanaşıram".
İsveç - İtaliya oyunu noyabrın 9-u Stokholmda, cavab qarşılaşması 4 gün sonra Milanda baş tutacaq.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində