“Report” xəbər verir ki, bunu Türkiyədən olan həmkarı Nihat Zeybekçi ilə görüşdə iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, BTQ tarixi layihədir və Azərbaycanla Türkiyə bu layihədə önəmli rol oynayır.
“Türkiyə ilə sərmayələr sahəsində əməkdaşlıq var. Azərbaycanın Türkiyədəki investisiyalarının məbləği 10 mlrd. ABŞ dollarını ötüb. Türkiyədə 2 mindən çox Azərbaycan, Azərbaycanda isə 3 mindən çox Türkiyə şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektoru sahəsində Türkiyə Azərbaycana sərmayə qoyan birinci ölkədir. Ölkəmizin neft sektorunda isıəda "Türk Petrolları Anonim Şirkəti" (TPAO) fəaliyyət göstərir. TPAO qoyduğu 9 mlrd. dollar investisiyanı geri qaytarıb və əlavə 9 mlrd. dollardan da çox mənfəət əldə edib. Ümumilikdə türk şirkətləri Azərbaycan dövlətinin sərmayəsi 11 mlrd. dollardan çox olan 182 layihədə iştirak edib", - deyə nazir qeyd edib.