Bakı. 28 oktyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə mövcud iqtisadi əlaqələrə və bu sahədə əməkdaşlığın genişləndirilməsi perspektivlərinə, iş adamları arasında əlaqələrin inkişafına dair müzakirələr aparılıb.