Çadırları sökmək yaddan çıxdı (FOTO)

Çadırları sökmək yaddan çıxdı (FOTO)
12:26 6 Aprel 2015
114 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Novruzqabağı yarmarkaların keçirilməsi üçün quraşdırılan çadırlar hələ də sökülməyib.

ANS PRESS-in məlumatına görə, metronun “Elmlər Akademiyası” stansiyasının grişində qurulan çadırlar boşaldılsa da, onu sökmək yaddan çıxıb. Yaxud da, həmin çadırlarda yenə də kənd təsərrüfatı məhsullarının satışı təşkil olunacaq.

Məsələyə aydınlıq gətirmək üçün Kənd Təsərrüfatı Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətini nrəhbəri Mürtuzəli Hacıyev ANS PRESS-ə bildirib ki, bundan sonra həmin çadırlarda kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilməyəcək.

“Ola bilər ki, həmin çadırları sökməyi unudublar. Amma həmin çadırlarda kənd təsərrüfatı məhsulları satılmayacaq”, - deyə Mürtuzəli Hacıyev bildirib.

Həmin çadırların qurulması prosesini həyata keçirən Bakı Meriyası ilə əlaqə saxladıq. Bakı şəhər İcra Hakimiyyətindən bildirildi ki, bu barədə heç bir məlumat yoxdur. Çadırların nə zaman söküləcəyi isə dəqiq bilinmir.

Sonda bu nəticəyə gəlmək olar ki, görünür həmin çadırların sökülməməsində hansısa məqsəd durur. Çünki göz qabağında qurulan çadırların sökülməsinin yaddan çıxılması qeyri-mümkündür. Yəqin həmin çadırlardan sonradan hansısa ticarək məqsədilə istifadə olunacaq. Yoxsa onları bayramdan 15 gün keçməsinə baxmayaraq saxlamazılar.

Bakının sirli çadırları (FOTO)"

Bakıdakı sirli çadırın sirri (FOTO)"

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR