Ronaldudan 300-cü qol

Ronaldudan 300-cü qol
12:32 6 Aprel 2015
47 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya La Liqasının 29-cu turunda "Real"ın "Qranada"ya qalib gəldiyi oyun (9:1) Madrid təmsilçisinin hücumçusu Kriştianu Ronaldu üçün əlamətdar olub.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin oyunda karyerasının ilk penta-trikinə imza atan portuqaliyalı futbolçu eyni zamanda yubiley qolunu vurub.

"Kral klubu"nun heyətində 287-ci oyununa çıxan Ronaldu 300-cü qoluna imza atıb. Bu qolların 214-ü La Liqa, 60-ı Çempionlar Liqası, 21-i İspaniya Kuboku, 3-ü ölkə Superkuboku və 2-si də UEFA Superkubokuna təsadüf edib.

Qeyd edək ki, "Real"ın tarixində ən çox qolu klubun canlı əfsanəsi Raul Qonzales vurub. O, keçirdiyi 323 oyunda 741 dəfə rəqib qapılarına yol tapıb. Alfredo di Stefano isə 396 qolla ikincidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR