Azərbaycan alimi ABŞ-da elmi təcrübədə olub

Azərbaycan alimi ABŞ-da elmi təcrübədə olub
12:43 6 Aprel 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adina Şamaxi Astrofizika Rəsədxanasının elmi işçisi, fizika uzrə fəlsəfə doktoru Fəxrəndə Əlimərdanova ABŞ-ın “CIES” təhsil mərkəzinin kecirdiyi “Fulbright Visiting Scholar” proqramında layihəsi ilə qalib gələrək, ötən ilin avqustundan bu ilin martınadək Şimali Karolina Universitetində təcrübədə olub.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, proqramın əsas məqsədi astronomik müşahidələrdən alınmış məlumatların işlənməsi, analizində istifadə olunan ən yeni kompyuter proqramlarının öyrənilməsi və əldə edilən nəticələrin nisbətən zəif tədqiq olunan ulduzlara tətbiqi idi.
Proqram çərçivəsində spektrlərin işlənməsi üçün hazırda geniş istifadə edilən “IRAF” programı öyrənilib.
Təcrübədə olduğu müddətdə F.Əlimərdanova ABŞ-da keçirilən bir neçə müxtəlif elmi konfrans və seminarlarda məruzələrlə çıxış edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_alimi_ABS_da_elmi_tecrubede_olub-843804

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR