Ata qəza törətdi, oğlu öldü

Ata qəza törətdi, oğlu öldü
14:46 6 Aprel 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, hadisə aprelin 4-də saat 22 radələrində Lənkəran şəhərində qeydə alınıb.

Lənkəran şəhər sakini Ceyhun Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini sakini Lətif Abbasovu və Kürdəmir rayon sakini Müşfiq Məmmədovu vurub.

Nəticədə hər iki piyada, habelə C.Məmmədovun sərnişini, oğlu Əli xəstəxanaya yerləşdirilib, Əli orada ölüb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336138

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR