Rusiya Dövlət Duması deputat İlya Ponomaryovun toxunulmazlığını ləğv edəcək

Rusiya Dövlət Duması deputat İlya Ponomaryovun toxunulmazlığını ləğv edəcək
13:52 6 Aprel 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 14:43 ]


Moskva. Fərid Əkbərov - APA. Rusiya Dövlət Dumasının reqlament üzrə komitəsi Baş prokurorluğun deputat İlya Ponomaryovun toxunulmazlığına son verilməsi ilə bağlı təqdimatını dəstəkləyib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının "Vahid Rusiya" partiyasından olan deputatı Vladimir Ponevejski bildirib.

 

Onun sözlərinə görə, deputat İ. Ponomaryovun toxunulmazlığı məsələsinə aşağı palatanın aprelin 7-də keçiriləcək plenar iclasında baxılacaq.

 

"Vahid Rusiya" fraksiyasının lideri Vladimir Vasilyev isə bildirib ki, parlamentin bütün fraksiyaları Baş Prokurorluğun müraciətini dəstəkləməyə hazırdır, lakin buna baxmayaraq çərşənbə axşamınadək formal olaraq onların mövqeyi müəyyən olunacaq: "Hüquq-mühafizə orqanları birinci dəfə deyil ki, deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı müraciət edirlər. Biz Dövlət Duması kimi bir qayda olaraq bu müraciəti təmin etmişik".

 

Öz növbəsində Dövlət Dumasının sədri Sergey Narışkin Baş Prokurorluğun parlamentin aşağı palatasına göndərdiyi təqdimatın "Skolkovo" fondundakı mənimsəmə ilə əlaqəli olduğunu söyləyib: "Dövlət Dumasına Baş Prokurorluq tərəfindən deputat Ponomaryova qarşı Cinayət Məcəlləsinin 33 və 160-cı maddələri ilə cinayət işinin açılmasına razılıq verməsi barədə təqdimat daxil olub".

 

Xatırladaq ki, İ. Ponomaryov Moskvanın Ukrayna ilə bağlı siyasətinin əleyhinə olan yeganə deputatdır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR