Dünyanın ən varlı insanı odur

“Amazon” və “Google”şirkətlərinin yeni açıqlanan maliyyə hesabatlarına görə, dünyanın ən varlı insanı Ceff Bezos olub.

Metbuat.az xəbər verir ki, “Amazon” onlayn satış saytının qurucusu C.Bezos sərvətinə 6.24 milyard dollar qataraq dünyanın ən zəngin insanı seçilib.

Qeyd edək ki, Ceff Bezos tərəfindən 1994-cü ildə ABŞ-ın Sietl şəhərində qurulan “Amazon” şirkəti işə öncə kitab sataraq başlayıb. Hazırda isə “Amazon.com”da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır.

Ceff Bezosun sərvətinin təqribən 90 milyard olduğu deyilir.

Xatırladaq ki, indiyə qədər 88 milyard sərvətlə dünyanın ən zəngini Bill Qeyts idi.

Aysel Yaqubqızı / Metbuat.az

Hörümçək torundan eşitmə cihazı hazırlayacaqlar - Yeni kəşf


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR