Avropa Komissiyasının Estoniyadakı nümayəndəsi: “Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün uzun yol qət etməlidir”

14:57 6 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 14:54 ]


Gürcüstan. Nizami Məmmədzadə - APA. “Əgər Gürcüstan Avropa İttifaqına üzv olarsa, bu ölkədə yaşayan etnik azlıqlar, o cümlədən azərbaycanlılar da Avropaya vizasız səfər edə və yeni iş yerləri tapa biləcəklər”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Avropa Komissiyasının Estoniyadakı nümayəndəliyinin rəhbəri Hannes Rumm APA-ya açıqlamasında deyib. Estoniyanın NATO-ya üzv olduqdan sonra öz təhlükəsizliyinə zəmanət aldığını xatırladan H. Rumm Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə bu ölkənin də suverenliyi və müstəqilliyinin NATO tərəfindən qorunacağını söyləyib: “NATO-ya üzv olan ölkələrin birinə hücum olarsa, bütün birlik həmin ölkəni müdafiə edəcək. Bu prinsip Estoniyaya da aiddir və Gürcüstan üçün də qüvvədə olacaq. Son illər ərzində Rusiya Federasiyasının özünü aqressiv aparması NATO-nu da narahat edib. İndi bu ölkələrə NATO-nun əlavə qüvvələri yerləşdirilir və tədbirlər görülür”.

 

Lakin diplomat Gürcüstanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirən Rusiya tərəfindən Gürcüstana hücum olarsa, hazırkı şəraitdə NATO-nun Gürcüstana kömək edib-etməyəcəyi barədə sualı cavablandırmaqda çətinlik çəkib: “Bu suala cavab verməkdə çətinlik çəkirəm. Keçən il Rusiya Estoniyaya yaxın ərazilərdə də belə təlimlər keçirib. Rusiya Federasiyası hərbi təlimlərlə öz aqressiv hərəkətlərini nümayiş etdirir”.

 

H. Rumm qeyd edib ki, Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün uzun yollar qət etməlidir: “Estoniya təcrübəsini xatırlatmaq istərdim. Biz AB-yə üz olmaq üçün illərlə lazımi qərarlar qəbul etdik. Tədricən ölkəmiz inkişaf etməyə başladı. Artıq Aİ üzvlüyündən 11 il keçib və estonlar özlərini xoşbəxt hiss edir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378563

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR