Yunanıstan Beynəlxalq Valyuta Fonduna 450 milyon avro həcmində növbəti ödəniş edəcək

Yunanıstan Beynəlxalq Valyuta Fonduna 450 milyon avro həcmində növbəti ödəniş edəcək
15:23 6 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Yunanıstan Beynəlxalq Valyuta Fonduna (BVF) 450 milyon avro həcmində növbəti ödənişini vaxtında edəcək və gələcəkdə də kreditorlar qarşısında öz öhdəliklərini yerinə yetirəcək.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bu bəyanatla BVF-in başçısı Kristin Laqardla görüşündən sonra Yunanıstanın maliyyə naziri Yanis Varufakis çıxış edib. O, həmçinin fondun ekspertlərinin Afinanın büdcə siyasəti auditinə yenidən buraxılacağını bildirib.
“Biz Kristin Laqardla müsbət atmosferdə çox məhsuldar görüş keçirdik. Görüşün əsas mövzusu Yunanıstan hökumətinin proqramı barədə oldu. Siz hamınız bilməlisiniz ki, hökumətimiz bu proqramı Yunanıstanın dərin islahatlara ehtiyacı duyduğu səbəbindən fəaliyyətə buraxır”, – deyə Varufakis vurğulayıb.
Bir qədər əvvəl Yunanıstan növbəti kredit tranşını əldə etmək üçün Avropa Komissiyasına islahatların korrektə olunmuş siyahısını təqdim etmişdi. Əlavə dəyər vergisi səviyyəsinin artırılmasını, vergidən yayınma ilə mübarizəni, dövlət əmlakının özəlləşdirilməsini nəzərdə tutan bu tədbirlərin ölkə büdcəsinə əlavə olaraq təxminən 6 milyard avro gətirməsi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yunanistan_Beynelxalq_Valyuta_Fonduna_450_milyon_avro_hecminde_novbeti_odenis_edecek-843867

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR