İrandan bağırsağında heroin gətirən tutuldu

İrandan bağırsağında heroin gətirən tutuldu
15:31 6 Aprel 2015
49 Sosial
Ölkə mətbuatı
A- A+

İrandan gələn azərbaycanlıdan narkotik çıxıb.

Dövlət Gömrük Komitəsindən (DGK) ANS PRESS-ə verilən məlumata görə, azərbaycanlının daxili orqanında heroin aşkar edilib.

Belə ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR