Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb

Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının nümayəndələri ilə görüşüb
16:02 6 Aprel 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 15:56 ]


Bakı – APA. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyasının (International Climbing and Mountaineering Federation - UIAA) nümayəndələrini qəbul edib.

 

İDEA mətbuat xidmətindən APA-ya verilən mılumata görə, Azərbaycan ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun iştirak etdiyi görüşdə qonaqlara IDEA İctimai Birliyinin fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqda ətraflı məlumat verilib və ölkədə ekoloji maarifləndirmənin genişləndirildiyi qeyd olunub.

 

Həmçinin görüşdə sözügedən Federasiya ilə ekoloji maarifləndirmə və ekoloji incəsənət sahəsində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi, ölkə daxilində və beynəlxalq səviyyədə birgə layihələrin icrası imkanları istiqamətində ətraflı müzakirələr aparılıb.

 

Qeyd edək ki, Beynəlxalq Dağadırmanma və Alpinizm Federasiyası 1932-ci ildə təsis olunub. 5 qitədə təmsil olunan Federasiya 50 ölkədən 80-dən çox təşkilatı və 2,5 milyondan çox insanı bir araya gətirir. Federasiyanın əsas məqsədi dünyada alpinizmin inkişafı, bu sahədə təhlükəsiz və etik təcrübələrin təbliği və ətraf mühitin mühafizəsinə töhfənin verilməsindən ibarətdir. Federasiya Beynəlxalq Olimpiya Komitəsi tərəfindən dağadırmanma və alpinizm idman növlərini təmsil edən beynəlxalq struktur kimi tanınıb.    


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR