Xalq artisti vəfat etdi - FOTO

Xalq artisti vəfat etdi - FOTO
16:12 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin APA-ya verdiyi məlumata görə, N.Məmmədov bir neçə gün əvvəl insult keçirib.

F. Əlizadə qeyd edib ki, Nəriman Məmmədovla vida mərasimi aprelin 7-də, saat 14:00-da Bakı Musiqi Akademiyasında olacaq, o, II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, N. Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.

“Humay”, “Şeyx Sənan” baletlərinin, “Altı qızın biri Pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir” musiqili komediyalarının, yeddi simfoniya və bir neçə simfonik poemanın, 700-ə yaxın mahnının müəllifidir.

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/333103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR