​KİV: Yaraqlılar Suriyada 300-dən artıq dinc sakini qaçırıb

​KİV: Yaraqlılar Suriyada 300-dən artıq dinc sakini qaçırıb
16:22 6 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ "Ən-Nusra" cəbhəsi terror qruplaşmasının yaraqlıları Suriyanın şimal-qərbindəki İdlib şəhərində 300 dinc sakini girov götürüb. 
"Report"un "RİA Novosti"yə istinadən məlumatına görə, Livanın "əl-Məyadin" telekanalı xəbər verir ki, terrorçular insanları əl-Dana yaşayış məntəqəsindən qaçırıb. Telekanalın məlumatına əsasən, girovların arasında çox sayda uşaqlar var.
100 min əhalisi olan İdlib şəhəri martın 28-də "ən-Nusra" cəbhəsi terror qruplaşması tərəfindən ələ keçirilib və Rakkadan sonra terrorçuların nəzarətinə keçən ikinci şəhər olub.  

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ki-v-yaraqlilar-suriyada-300-den-artiq-dinc-sakini-qacirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR