Gənc Azərbaycan bəstəkarının beynəlxalq festivalda uğuru

Gənc Azərbaycan bəstəkarının beynəlxalq festivalda uğuru
16:33 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, Ətrabə Rzayeva, AZƏRTAC 
Bu günlərdə Nyu Yorkda keçirilmiş “Simli alətlər – XXI əsrin musiqisi” adlı beynəlxalq festivalda gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin “In absentia” əsəri ifa olunub. Türkərin bu əsərini amerikalı skripkaçı Erika Dikker ustalıqla səsləndirib. Festivalda dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı bəstəkar və ifaçılar iştirak ediblər.
Türkər Qasımzadə AZƏRTAC –a bildirib ki, bundan əlavə, aprelin 2-də ABŞ-ın Sinsinnati şəhərində keçirilən nüfuzlu incəsənət festivalı çərçivəsindəki konsertdə isə amerikalı violonçelist Qreqori Roland Evansın ifasında onun solo violonçel üçün yazdığı digər bir əsəri “Tövbələr” səsləndirilib. Bu əsər cari il aprelin 17-si və 19-da Sinsinnatidə digər konsertlərdə də ifa olunacaq.
Qeyd edək ki, hazırda ABŞ-da olan Türkər Qasımzadə Manhetten konservatoriyasının (magistr dərəcəsi) və Sinsinnati Universitetinin (doktor dərəcəsi) məzunudur. O, ABŞ-ın hər iki nüfuzlu musiqi müəssisəsində təhsilini Heydər Əliyev Fondunun dəstəyi ilə alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Genc_Azerbaycan_bestekarinin_beynelxalq_festivalda_uguru-843901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR