Dubayda şahmat turnirində 60-dan çox qrossmeyster iştirak edəcək

17:18 6 Aprel 2015
47 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 17-ci “Dubai Open Chess Tournament 2015” beynəlxalq şahmat turniri açılır.
AZƏRTAC xəbər verir ki, iştirakçıların siyahısında dünyanın 58 ölkəsindən 179 şahmatçı, o cümlədən 64 qrossmeyster yer alıb.
Azərbaycanı qrossmeysterlər Eltac Cəfərli, Qadir Hüseynov, Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, beynəlxalq dərəcəli ustalar Zaur Məmmədov, Xəyalə Abdulla, habelə ustalığa namizədlər Nərmin Məmmədova və Rüstəm Bünyadov təmsil edəcəklər.
Yarışlar İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Turnirin mükafat fondu 50 min dollardır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dubayda_sahmat_turnirinde_60_dan_chox_qrossmeyster_istirak_edecek-843930

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR