Lənkəranlıların "qorxulu röya"sı saxlanıldı

Lənkəranlıların "qorxulu röya"sı saxlanıldı
15:32 9 Yanvar 2015
131 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəran şəhər sakini Vüqar Bəhrəməli oğlu Rəcəbov oğurluq əməli törətdiyi üçün saxlanılıb. O, gecə saatlarında Lənkəran şəhər sakini Şükürov Elmin Cəlal oğluna məxsus fərdi yaşayış evinə daxil olaraq oradan 995 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlayıb.

Milli.Az CTV-yə ( Region TV-yə) istinadən bildirir ki, adıçəkilən şəxs saxlanıldıqdan sonra isə məlum olub olub ki, bu, onun ilk belə əməli deyil. O, bundan əvvəl də rayonun ayrı-ayrı yerlərində ümumilikdə 5 yaşayış evinə daxil olaraq oğurluqlar törədib və ev sahiblərinə ümumilikdə 1600 manat dəyərində ziyan vurub.

Vüqar Rəcəbov oğurladığı əşyaların böyük bir qismini sata bilsə də, digər bir qism maddi sübut kimi götürülüb.Narkotik vasitələrin istifadəçisi olduğu bildirilən saxlanılan şəxs barədə törətdiyi əmələ görə ilkin olaraq 3 ay müddətində həbs qəti imkan tədbiri seçilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/318190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR