"Fənərbağça"dan tarixi qərar: meydana çıxmayacağıq!

"Fənərbağça"dan tarixi qərar: meydana çıxmayacağıq!
18:34 6 Aprel 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün “Fənərbağça” futbol klubunun baş direktoru Mahmut Uslu və vitse-prezidenti Tolqa Deniz Aytöre “Çaykur Rizəspor”la oyundan sonra baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirib. Lent.az-ın “Radikal”a istinadən məlumatına görə, silahlı hücumla bağlı sualları cavablandıran klub nümayəndələri məlum olayın təşkilatçılarının və iştirakçılarının tapılmayacağı müddətdə meydana çıxmayacaqlarını bəyan edib.

 

Mahmut Uslu deyib: “Güllə 20 santimetr kənardan keçsəydi, baş məşqçimiz İsmayıl Kartala dəyəcəkdi. Avtobus saatda 100 kilometr sürətlə hərəkətdə olarkən sürücü güllələnib. Əgər həmin vaxt avtobus aşsaydı, nəyin baş verəcəyini kimsə təsəvvür edə bilmir”.

 

Qeyd edək ki, Rizə səfərindən qayıdan “Fənərbağça” avtobusu Trabzon istiqamətində hərəkət edərkən naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. Hərəkətdə olan avtobusun sürücüsü insident zamanı yaralanıb. Avtobusda olan futbolçular, Məşqçilər, eləcə də digər heyət üzvləri xüsusi təyyarə ilə İstanbula göndərilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198409

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR