Qusarda hava şəraiti ilə bağlı bəzi sərnişin avtobuslarının hərəkətində çətinlik yaranıb

15:47 9 Yanvar 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:45 ]


Quba. Vəli Turan - APA. Ötən gündən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və güclü qarın yağması nəticəsində şimal bölgəsinin bəzi yolları buz bağlayıb.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qarlı və şaxtalı hava şəraiti səbəbindən Qusar rayon mərkəzindən 18 kilometr məsafədə yerləşən İmamqulukənd və Hil kəndlərinə gedən marşrut avtobusları xəttə çıxmayıb. Buna səbəb adıçəkilən kəndlərə gedən yolların buz bağlamasıdır. Qusar Avtovağzalı ASC-nin İdarə Heyətinin sədri Tofiq İbrahimov bildirib ki, sabahdan etibarən İmamqulukənd və Hil kəndlərinə marşrut avtobuslarının hərəkəti bərpa ediləcək. Sərnişinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə mikroavtobuslar ayrılacaq.

 

T. İbrahimov onu da əlavə edib ki, digər kəndlər və paytaxt istiqamətində hərəkət edən avtobuslar üçün hər hansı çətinlik yaranmayıb.

 

Quba Avtovağzalının növbə rəisi Rəhman Dadaşov isə bildirib ki, avtovağzalda hər hansı problem qeydə alınmayıb. Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar olaraq sürücülər təlimatlandırılıb. Nəqliyyat vasitələrinin şinləri qış fəslinə uyğun dəyişdirilir. Dağ kəndlərinə işləyən marşrut avtobuslarının təkərlərinə zəncir vurulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR