Müğənni Elnarə Xəlilova artıq toylara getməyəcək.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Günə davam" verilişində deyib.

O bildirib ki, artıq ancaq konsertlər və albomlarla pul qazanmaq istəyir:

"İndi albom üzərində çalışıram. İstəyirəm pul qazanım. Toylardan pul qazanmaq istəmirəm. Demək olar ki, toya getmirəm. Məni ildə bir dəfə görə bilərsiniz, o da qohumlarımın məclisində. Amma toya pul qarşılığı getməyəcm. Mən albom satıb pul qazanmaq istəyirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində