“20 Yanvar” dairəsinin genişləndirilən hissəsində işlərin çoxu görülüb

“20 Yanvar” dairəsinin genişləndirilən hissəsində işlərin çoxu görülüb
19:58 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Paytaxtın “20 Yanvar” dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin çoxu görülüb. Bu barədə AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
Qeyd olunub ki, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb. Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3 mikrorayon dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/20_Yanvar_dairesinin_genislendirilen_hissesinde_islerin_choxu_gorulub-844008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR