Qaradağda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir

Qaradağda əhalinin tibbi müayinəsi uğurla davam etdirilir
20:58 6 Aprel 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri davam etdirilir.
Qaradağ Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, indiyədək keçirilən tədbirlərdə 22280 sakin müayinədən keçib ki, onların 212 nəfəri stasionar müalicəyə göndərilib, 198 nəfəri isə dispanser qeydiyyatına alınıb. Rayonun səhiyyə ocaqlarında keçirilən müayinələr yüksək səviyyədə təşkil edilib. Müayinəyə terapevtlər, cərrahlar, pediatrlar, həmçinin oftalmoloq, nevropatoloq, stomatoloq və dermatoloqlar cəlb olunublar.
Rayonda sakinlərin tibbi müayinə barədə məlumatlandırılması və ölkə başçısının tapşırığına uyğun olaraq onların müayinədən keçirilməsi üçün mühüm işlər görülüb. Əhali arasında geniş təbliğat işləri aparılıb, yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılıb, uzaq qəsəbələrdə yaşayan sakinlərin tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılıb.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qaradagda_ehalinin_tibbi_muayinesi_ugurla_davam_etdirilir-844041

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR