23 yaşlı qız dəm qazından zəhərlənib

21:37 6 Aprel 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

Gəncədə yaşayan Sumqayıt şəhər sakini dəm qazından zəhərlənib.

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-ya verilən məlumata görə, şəhərin Bakı küçəsində kirayə yaşayan, 1992-ci il təvəllüdlü Lətafət Qurbanova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olub.

Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Araşdırma zamanı məlum olub ki, L. Qurbanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR