“Report” "Haber7"yə istinadən xəbər verir ki, tutulanların hamısı xarici ölkə vətəndaşlarıdır.
Onlar Türkiyə ərazisindən Suriyaya keçərək terrorçu İŞİD qruplaşmasının sıralarına qoşulmağa hazırlaşırmışlar.
Antiterror əməliyyat İstanbulun Bağcılar, Beykoz, Fatih, Küçükçekmece, Pendik, Sancaktepe və Şişli rayonlarında 14 ünvanda keçirilib.