SON DƏQİQƏ:

İraqın cənub-şərqində rixter cədvəli üzrə 7,3 bal gücündə zəlzələ baş verib.

Metbuat.az-ın məlumatına görə, yeraltı təkanların episentri Süleymaniyyə şəhərində yerin 10 km dərinliyində qeydə alınıb. Bəzi mənbələr zəlzələnin şiddətini 7,2 və 7,6 bal gücündə açıqlayıb.

Seysmik titrəyişlər İran, Türkiyə və Azərbaycanın cənub bölgələrində də hiss olunub.

Dağıntılar və tələfat barədə hələlik məlumat yoxdur.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR