Efiopiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər ölüb

Efiopiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 21 nəfər ölüb
23:52 14 Noyabr 2017
62 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Efiopiyada ağır yol qəzası baş verib.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi "ENA" agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin cənubundakı Tigray vilayətində, Atsbi Venberta ərazisində baş verib. Belə ki, içində 34 nəfərin olduğu avtobusun aşması nəticəsində 21 nəfər ölüb.
Hadisəyə sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub. Bölgə rəsmiləri avtobusa habelə normadan artıq sərnişinin mindiyini də vurğulayıblar. Qeyd edilir ki, nəqliyyat vasitəsinin sərnişin tutumu 27 nəfər üçün nəzərdə tutulub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/efiopiyada-sernisin-avtobusunun-qezaya-ugramasi-neticesinde-21-nefer-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR