“Report” life.ru saytına istinadən xəbər verir ki, hadisə Rostov vilayətinin Azov rayonunda baş verib. Fanatları gətirən mikroavtobusun yol kənarında dayanmış “KamAz”a çırpılması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-si azyaşlıdır.
Mikroavtobusda olan digər 7 nəfər isə xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, matç Nigeriya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.